Bütün dünya bilsin ki, azərbaycanlı qardaşlarımızın yanındayıq - Ərdoğandan BƏYANAT

 19:10 14.09.2022     1308

Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar zamanı şəhid olan qardaşlarımıza Allahdan rəhmət diləyirəm, yaralılara şəfa arzulayıram. Qardaşım Prezident İlham Əliyev başda olmaqla, Azərbaycan xalqına başsağlığı verirəm.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

O qeyd edib ki, Ermənistanın təxribatları qəbuledilməzdir.

“Hər zaman olduğu kimi, azərbaycanlı qardaşlarımızın yanında olduğumuzu bütün dünya bilməlidir”, - Ərdoğan vurğulayıb.

Türkiyə lideri bildirib ki, Ermənistan Qarabağ savaşından sonra imzalanan bəyanatın şərtlərini icra etmir, davamlı olaraq təcavüzkar davranış nümayiş etdirir:

"Əlbəttə, Ermənistan tərəfi üçün bu davranışın nəticələri olacaq. Ermənistanın bu səhv yoldan bir an əvvəl dönməsini, bəyanatın şərtlərini sürətlə icra etməsini, vaxtını və enerjisini sülhü gücləndirmək istiqamətində istifadə etməsini arzulayırıq”.