Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq - Paşinyan

 21:59 14.09.2022     603

Ermənistan Baş naziri Nikol Paşinyan sülh müqaviləsinin imzalanmayacağını bildirib.

Redaktor.az xəbər verir ki, bu barədə o, özünün sosial media hesabında bildirib.

"Heç bir sənəd imzalanmayıb və imzalanmayacaq. Bu, dost olmayan xarici qüvvələrin istiqamətləndirdiyi informasiya təxribatıdır”, - Paşinyan yazıb.

Xatırladaq ki, Paşinyan bu gün parlamentdə sülh naminə çətin qərarların məsuliyyətini öz üzərinə götürmək niyyətində olduğunu bəyan edib.

“Biz bir sənəd imzalamaq istəyirik ki, ona görə tənqid, təhqir olunacağıq, satqın adlandırılacağıq, hətta xalq bizi hakimiyyətdən uzaqlaşdırmağa qərar verə bilər. Əgər bunun nəticəsində Ermənistan 29.800 kvadrat kilometr ərazidə davamlı sülh və təhlükəsizlik əldə edəcəksə, biz razı və minnətdar olacağıq. Mən açıq deyirəm, əgər bu, təmin olunarsa, bu qərarı imzalayacağam. Məni başıma nə gələcəyi maraqlandırmır, Ermənistan Respublikasının taleyi maraqlandırır”,- Baş nazir bildirib.

Erməni mediasında tezliklə Paşinyanın sülh müqaviləsini imzalayacağı iddia edilir.