“Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə çağırırıq” - Azərbaycan XİN

 23:04 14.09.2022     1104

“Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq”.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) sözçüsü Leyla Abdullayeva özünün tviter hesabında yazıb.

“Beynəlxalq ictimaiyyətin çağırışlarına və atəşkəs razılaşmasına baxmayaraq Ermənistan Azərbaycanın mövqelərinə artilleriya zərbələrini davam etdirir.

Biz Ermənistanı dağıdıcı fəaliyyətdən çəkinməyə və humanitar atəşkəsə riayət etməyə çağırırıq. Sülh yalnız beynəlxalq qanuna ciddi riayət etməklə mümkündür”, - XİN sözçüsü əlavə edib.

İLTİFAT

Vumart və Güvən reklamı Vumart Güvən