İlham Əliyev və Putin sərhəddəki vəziyyəti müzakirə edəcək

 12:20 15.09.2022     186

Bu gün Səmərqənddə Rusiya və Azərbaycan liderlərinin görüşü keçiriləcək. 

Redaktor.az xəbər verir ki, bu barədə Kremlin sözçüsü Dmitri Peskov bildirib. 

Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Rusiya dövlət başçısı Vladimir Putin görüşdə Azərbaycan-Ermənistan sərhədindəki son hadisələri müzakirə edəcəklər. 

Qeyd edək ki, bu gün Prezident İlham Əliyev Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin dəvəti ilə Şanxay Əməkdaşlıq Təşkilatının dövlət başçılarının Zirvə görüşündə iştirak etmək üçün Səmərqəndə gedib.