Zaxarova erməni jurnalisti biabır etdi - VİDEO

 16:42 15.09.2022     397

Rusiya Xarici İşlər Nazirliyinin (XİN) mətbuat katibi Mariya Zaxarova Ermənistandan olan jurnalistə irad bildirib.

Redaktor.az xəbər verir ki, erməni jurnalist brifinq zamanı Zaxarovaya ünvanlandığı suala guya Azərbaycanın Ermənistan ərazisinə sentyabrın 12-dən 13-nə keçən gecə hücum etməsi və infrastruktura zərbələr endirməsi fikirləri ilə başlayıb. Zaxarova jurnalisti sualı düzgün verə bilməməkdə günahlandıraraq onun sözünü kəsib:

“Bu, Rusiya XİN-in rəsmi nümayəndəsinin brifinqidir, erməni jurnalistin brifinqi deyil. Ona görə də xahiş edirik ki, sualı səsləndirin, mövqeli materialı üzündən oxumayın”.