Ərdoğandan 15 sentyabr PAYLAŞIMI

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Bakının azad olunmasının ildönümü münasibəti ilə tvitterdə paylaşım edib.
Redaktor.az xəbər verir ki, paylaşımda deyilir:
“Dostumuz, qardaşımız, ayrılmaz parçamız olan Can Azərbaycanın paytaxtı Bakının işğaldan azad edilməsinin ildönümünü təbrik edirəm. Əvvəl olduğu kimi indi də haqlı mübarizəsində Azərbaycanlı qardaşlarımızın yanında olacağıq”.