Şanxay Əməkdaşlıq Təşkilatının toplantısı başladı

Bu gün Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) zirvə toplantısı öz işinə başlayıb.
Redaktor.az xəbər verir ki, sammit Özbəkistanın Səmərqənd şəhərinin “Konqres mərkəzi”ndə keçirilir.
Məlumata görə, ŞƏT liderləri sessiyadan əvvəl məhdud çərçivədə qeyr-rəsmi söhbət ediblər.
Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev sammitdə fəxri qonaq qismində iştirak edir.