Ermənistanın təxribatları regionda problem yaradır -  Prezident

 14:10 16.09.2022     255

Ermənistanın təxribatı regionda iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərbədir.Vəziyyətin gərginləşməsinə görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Redaktor.az xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) Səmərqənddə keçirilən sammitində çıxışı zamanı deyib. 

Dövlət başçısı vurğulayıb ki, Ermənistanın təxribatları regionda problem yaradır: 

“Ermənistanın təxribatı regionda iki dövlət arasında münasibətlərin normallaşması prosesinə böyük zərə vurur. Burada da ən böyük məsuliyyət Ermənistanın üzərinə düşür. Ermənistan Zəngəzur dəhlizinin açılmasına da maneə olur. Zəngəzur dəhlizi region ölkələrinin nəqliyyat imkanlarını daha da artırmaq məqsədi daşıyır. Dəhlizin açılması bütün region ölkələri üçün faydalıdır”.