Sərhəddə vəziyyətin gərginləşməsi hamımızı narahat edir - Putin

 20:19 16.09.2022     374

Azərbaycan-Ermənistan sərhədində vəziyyətin gərginləşməsi hamımızı narahat edir.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Səmərqənddə Azərbaycan Prezidenti İlham Əliyevlə görüşündə bildirib.

“Şadam ki, Ermənistan-Azərbaycan sərhədindəki gərginliyi dayandırmağa nail olunub. Lakin orada vəziyyət əvvəlki kimi gərgindir”, - o deyib.

Putin Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışığının məzmunu barədə həmkarına məlumat verdiyini bildirib: “Dünən axşam mən Ermənistanın baş naziri ilə danışdım – siz bu barədə bilirsiniz, mən sizə demişəm”.