ABŞ Konqresində Ermənistanın təxribatları ifşa edildi - FOTO

 19:43 17.09.2022     356

ABŞ Konqresində Ermənistanın təxribatlarına dair faktlar nümayiş etdirilib.

Redaktor.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının ABŞ-dakı fövqəladə və səlahiyyətli səfiri Xəzər İbrahim tviter hesabında yazıb.

“ABŞ Konqresində şəkillər və video görüntülər öz sözünü dedi. Foto və videomateriallarda Azərbaycan şəhərlərinin Ermənistan tərəfindən dağıdılması və mülki insanları öldürmək üçün yerləşdirilmiş minaların basdırılması əks olunub”, - səfir qeyd edib.

Səfir ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin bu xarabalıqları ziyarət etmək və Ermənistan tərəfində törədilən cinayətlərə şahid olmaq istəmədiyini vurğulayıb.

“Və siz sabit və təhlükəsiz Qafqaza çağırırsınız?! İnsanlar sözlərə deyil, əməllərə inanır!”, - səfir əlavə edib.

2222