Roma Papasından Ermənistan və Azərbaycana sülh ÇAĞIRIŞI

 15:10 18.09.2022     275

Roma Papası Fransisk Ermənistan-Azərbaycan sərhədində atəşkəs razılaşmasına əməl etməyə çağırıb.

Redaktor.az “TASS”a istinadən xəbər verir ki, Roma Papası gərginliyin azaldılması üçün dialoqun vacibliyini vurğulayıb.

“Azərbaycan və Ermənistan arasında baş verən son toqquşmalarla bağlı xəbərlər məni çox sarsıtdı. Həlak olanların yaxınlarına mənəvi yaxınlığımı bildirirəm və tərəfləri atəşkəsə hörmətlə yanaşmağa çağırıram. Onlar silahı yerə qoyub dialoqa başlayanda sülh mümkün olur”, - deyə o, bildirib.

T.İSMAYIL