Şentop Pelosinin İrəvana səfərini PİSLƏDİ

 11:12 19.09.2022     192

"Bir çox beynəlxalq təşkilatın Ermənistanı işğalçı elan etdiyi bu 28 illik müddətdə heç bir addım atmayan, tükünü tərpətməyən Minsk qrupunun həmsədrlərindən biri olan ABŞ-ın Nümayəndələr Palatası spikerinin Azərbaycanın torpaqlarını işğaldan azad etməsindən sonra Ermənistana səfər etməsi bölgədə sülhə, eləcə də dünyada sülhə faydalı olmayacaq və mən bunu xoş niyyətli davranış kimi görmürəm".

Redaktor.az-ın məlumatına görə, bu barədə Türkiyə parlamentinin sədri Mustafa Şentop bildirib.

TBMM sədri qeyd edib ki, bu səfər son zamanlar Ermənistan-Azərbaycan münasibətlərinin normallaşma prosesi çərçivəsində “təhrikedici və böhranı dərinləşdirən" potensiala sahibdir.

“Azərbaycan Milli Məclisinin sədri ilə danışdıq. Uyğun olacağı təqdirdə Azərbaycana bir ziyarət həyata keçirə biləcəyimizi ifadə etdik. Azərbaycan Milli Məclisinin sədri Britaniyaya getməli idi. Biz bu prosesdə Azərbaycanın yanında olduğumuzu hər zaman bəyan etdik. Bundan sonra da Azərbaycanın yanında olmağa davam edəcəyik”, - deyə Şentop əlavə edib.