Tbilisi polisi ermənilərin səfirliyimizə hücumunun qarşısını aldı

 13:27 19.09.2022     510

Gürcüstanın paytaxtı Tbilisidə polis əməkdaşları Azərbaycanın səfirliyi qarşısında ermənilərin aksiya keçirməsinin qarşısını alıb.

Redaktor.az “Aysor”a istinadən xəbər verir ki, məlumatı “Gürcüstanın erməni icması” təşkilatı yayıb.

Bildirilib ki, erməni icmasının nümayəndələri bundan sonra Gürcüstan Xarici İşlər Nazirliyinin binası qarşısına yürüş etməyə cəhd göstəriblər.

Təşkilatın sədri Artur Mirzoyan həbs edilib.