"Nensi Pelosinin Ermənistanda səsləndirdiyi fikirlər qəbuledilməzdir" - Türkiyənin vitse-prezidenti

 16:14 19.09.2022     110

“ABŞ Konqresinin Nümayəndələr Palatasının sədri Nensi Pelosinin Ermənistana səfəri zamanı səsləndirdiyi fikirlər tarix və hazırki reallıqlara uyğun deyil. Eyni zamanda onun fikirləri xoş niyyətdən tamamilə uzaqdır, tərəfli mövqeyin göstəriçisidir və diplomatik səyləri sabotaj edən açıqlamalardır. Heç bir halda bunların qəbul edilməsi mümkün deyil".

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin vitse- prezidenti Fuat Oktay tviterdə yazıb.

O, həmçinin beynəlxalq ictimaiyyətə müraciət edib. Vitse-prezident vurğulayıb ki, hazırda bölgədə sülh və sabitliyə ehtiyac var: “Regionda daimi sülh və sabitliyə ehtiyac olan bir vaxtda bütün beynəlxalq aktorları soyuqqanlı, ədalətli və məsuliyyətli davranmağa dəvət edirəm. 30 ildir haqsız şəkildə işğal altında olan torpaqlarını azad etmək üçün mübarizə aparan Can Azərbaycanın yanında durmağa qətiyyətlə davam edəcəyik”.