Bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür

 18:59 22.09.2022     437

16 sentyabr 2022-ci il tarixdə Səmərqəndə səfəri çərçivəsində Şanxay Əməkdaşlıq Təşkilatınına Sammitindəki çıxışında Prezident  İlham Əliyev Azərbaycanın 30 illik işğal və son iki ilə yaxın postmünaqişə dövrünün  reallıqlarına diqqəti yönəltməklə bir daha dünyaya günümüzün əsas çağırışını  çatdırdı. Bəzi aparıcı beynəlxalq təşkilatların səmərəsizliyinin narahatlıq doğurduğunu söyləyən Prezident İlham Əliyev onu da əlavə etdi ki, 1993-cü ildə BMT Təhlükəsizlik Şurası Ermənistan silahlı qüvvələrinin Azərbaycanın işğal olunmuş ərazilərindən çıxarılmasını tələb edən dörd qətnamə qəbul edib.  Təhlükəsizlik Şurasının bəzi qətnamələri bir neçə gün ərzində yerinə yetirildiyi halda, Azərbaycanın vəziyyəti ilə bağlı qəbul olunmuş qətnamələr 27 il ərzində icra olunmamış qaldı. Azərbaycan Qarabağ münaqişəsini özü hərbi-siyasi yolla həll etdi və Təhlükəsizlik Şurasının  qətnamələrinin icrasını təmin etdi.

Diqqəti Ermənistan silahlı qüvvələrinin sentyabrın 13-də Azərbaycan-Ermənistan sərhədində törətdiyi   genişmiqyaslı hərbi təxribatlara yönəldən cənab İlham Əliyev bəyan etdi ki, Azərbaycan Silahlı Qüvvələri bu təxribatın qarşısını qətiyyətlə almışdır. Ermənistanın bu təxribatı iki ölkə arasında normallaşdırma prosesinə böyük bir zərbədir. Buna görə bütün məsuliyyət Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşür.

Şanxay Əməkdaşlıq Təşkilatınına Sammitindəki çıxışı zamanı, Azərbaycanın Ermənistana ölkələrin bir-birinin suverenliyinin və ərazi bütövlüyünün qarşılıqlı tanınmasına əsaslanan sülh müqaviləsi üçün beş əsas prinsip təqdim etdiyini iştirakçıların diqqətinə çatdırmışdır. Baza Prinsipləri ilə bağlı   Prezident İlham Əliyev qeyd etmişdir ki, indi biz ilkin şərtlər və süni ləngimələr olmadan sülh sazişi layihəsi üzərində işə başlamalıyıq. 

Bu Sammit Azərbaycanın ədalətə və beynəlxalq hüquqa əsaslanan siyasətinin  dəyişməzliyini dünyaya bir daha  nümayiş etdirdi: “Ölkəmizin bu mövqeyi Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin daha da güclənməsinə öz töhfəsini verəcək.  Səmərqənd Bəyannaməsində qarşılıqlı münasibətlərin daha da genişləndirilməsi məsələləri öz əksini tapıb. Qarşıda dayanan əsas hədəfin əlaqələrimizin bütün sahələrdə daha da inkişaf etdirilməsi olduğunu vurğulayan Özbəkistan Prezidenti Şavkat Mirziyoyev İlham Əliyevi ən əziz dostu və qardaşı kimi salamladı. Özbəkistan Prezidenti Şavkat Mirziyoyev vurğulayıb ki, ölkələrimiz arasında dostluq və qardaşlıq münasibətlərinin tarixi mövcudluğu əməkdaşlığın coğrafiyasının genişləndirilməsində əhəmiyyətli rol oynamayır. Şanxay Əməkdaşlıq Təşkilatının tərkibinin genişləndirilməsi istiqamətində atılan addımlar da bunun bariz nümunəsidir.”

Füzuli Abdullayev,

YAP Ağsu rayon təşkilatının Sədri