"Prezident təkcə Ermənistana yox, bütün dünyaya mesaj verdi" - Arzu Nağıyev

 20:52 22.09.2022     175

“Cənab Prezident İlham Əliyev Laçın şəhərində öz çıxışında ən mühüm məqam kimi məhz sərhədlərin delimitasiya və demarkasiyasının vacib olmasını gündəmə gətirdi. Bütün dünya ictimaiyyətinə bir mesaj verdi ki, bu gün heç kəs delimitasiya və demarkasiya olmadan Ermənistan-Azərbaycan sərhədinin ayırd edilmədən “Azərbaycan Ermənistan ərazisinə keçib” və ya “Orda əməliyyatlar keçirir” kimi ittihamlar səsləndirmək absurddur. Çünki Azərbaycan dəfələrlə delimitasiya və demarkasiya haqqında komissiyaların tərkibini ayırd etmək məsələsini təklif etdi. Məhz bu gün sərhədin olmaması Ermənistan tərəfinin birbaşa öz səhlənkarlığıdır. Məhz ona görə də dünyaya boş-boşuna car çəkmək lazım deyil ki, bura bizim ərazimizdir. Belə bir ərazi yoxdur!”.

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı Arzu Nağıyev Prezident İlham Əliyevin Laçın şəhərində Azərbaycan Bayrağını ucaldarkən çıxışını şərh edərkən deyib.

Qeyd edək ki, ölkə başçısı çıxışında Ermənistanın Azərbaycanı onun ərazisinə girməklə ittiham erməsinində əsassız olmasını qeyd edib.

"İkinci Qarabağ müharibəsi başa çatandan sonra biz sərhədlərə çıxdıq. Əgər Ermənistan bizi ittiham etmək istəyirsə ki, onların ərazisinə girmişik, bunun heç bir əsası yoxdur. Birincisi, əgər sərhəd onların dediyi yerdə idisə sərhədi quraydılar, sərhəd xətlərini inşa edəydilər, kommunikasiyaları, mühəndis işlərini quraydılar. Onlar hesab edirdilər ki, bütün Qarabağ və Zəngəzur onlara qalacaq. Məhz buna görə Azərbaycan-Ermənistan sərhədində heç bir iş görməmişdilər”,- deyə Prezident qeyd edib.

Arzu Nağıyev bildirdi ki, Prezident bu çıxışı ilə təkcə Ermənistana yox, həm də bütün dünya ictimaiyyətinə bir mesaj verib.

Onun sözlərinə görə, 1920, 1969 və 1970-ci illərin xəritələrindən də  istifadə etməklə sərhədləri birmənalı şəkildə ayırd etmək lazımdır:

“Lakin Ermənistan müxtəlif bəhanələr gətirərək bu addımı atmadı. Azərbaycan da bu gün öz tarixi xəritələrini ortaya qoyub tarixi ərazilərini bərpa etməklə məşğuldur. Çünki ermənilər o yüksəklikləri qeyri-qanuni zəbt edərək Azərbaycan ərazisini daim atəş altında saxlayır, təxribatlar törədirdilər. Buna görə də, 12-13 sentyabrda biz təxribatlarının qarşını almaq məqsədi ilə ölkəmizin tarixi ərazilərində olan mövqelərimizi yenidən bərpa etdik. Nə qədər ki sərhəd yoxdur, ermənilər hər hansısa bir problemi dünya ictimaiyyəti qarşısında öz xeyirlərinə qaldıra bilməzlər. Prezidentin çıxışındakı əsas mesaj budur”.

Nərmin VÜQARQIZI