Torpaqlarımızın azad edilməsi uğurlu siyasətinin nəticəsidir
Bugün Azərbaycan Cənubi Qafqaz regionununda yüksək beynəlxalq nüfuza malik olan lider ölkə kimi tanınır. Ölkəmiz daim müstəqil siyasət yürüdərək öz inkişafını sürətləndirib. Ölkəmizin inkişafından narahat olan Qərb siyasi dairələri bizə qarşı daim ikili standartlardan çıxış ediblər. 30 ilə yaxın düşmən işğalında olan torpaqlarımızı sülh yolu ilə azd etməyə çalışdıq. Ancaq hər dəfəsində bəzi beynəlxalq təşkilatların etinasızlığı ilə qarşılaşdıq. Qarabağ münaqişəsinin sülh yolu ilə həll edilməsi üçün yaradılmış ATƏT-in Minsk qrupu 28 il hərbi yolu inkar edərək düşmənlərimizin işğalçılığı nəticəsində yaradılmış status-kvonu bizə qəbul etdirməyə çalışdı.
Ermənipərəst dairələr münaqişənin davam etməsini və erməni tərəfinin əsassız ərazi iddialarının təmin edilməsinə çalışırdı. Xarici tərəfdaşları tərəfindən himayədarlıq edilən bütün dünyada terrorçu kimi tanınan Ermənistan hər dəfə bu münaqişənin həlli üçün aparılan danışıqlardan imtina edərək Qarabağı uzun müddət öz işğalı altında saxlamaq niyyətində idi. Amma Azərbaycan xalqı və dövlətimiz heçvaxt bu vəziyyətlə barışmaq niyyətində olmayıb. Ermənilərin ölkəmizə qarşı heçbir əsası olmayan ərazi iddiaları və törətdikləri təxribatlar onların sonunu dahada yaxınlaşdırırdı.
44 günlük Vətən müharibəsi Azərbaycanın uzun illərdən bəri davam etdirdiyi hərbi və siyasi tədbirlərin nəticəsi idi. Vətən müharibəsində düşmən üzərində qazandığımız böyük qələbə Azərbaycanın bütövlüyü uğrunda aparılan müharibənin möhtəşəm nəticəsi idi. Elə bu səbəbdəndə həmin müharibə haqlı olaraq Vətən müharibəsi adlandırılır. Bu müharibənin qalibləri Ali Baş Komandan Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və müzəffər Azərbaycan Ordusudur. Düşmən üzərində qazanılan bu qələbə azərbaycanlılar haqqında məğlub xalq sindromunu sındırdı, xalqın özünəinamını geri qaytardı. Özü haqqında məğlubedilməzlik mifi yaradan Ermənistan silahlı qüvvələri qısa müddət ərzində darmadağın edildi. Qazandığımız bu qələbə bütün dünyaya göstərdi ki, Azərbaycan xalqı heç vaxt bu məğlubiyyətlə barışmayıbmış və öz amalına qovuşmaq üçün münasib vaxtı gözləyirmiş.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin möhkəm siyasi iradəsi, sərkərdəlik məharəti, diplomatik bacarıqları, dərin analitik təfəkkürə, malik olması faktorları Vətən müharibəsi kimi çətin və məsuliyyətli sınaqda xalqımıza böyük uğur qazandırmışdır. Müzəffər Ali Baş Komandan kimi cənab İlham Əliyev istər siyasi-ideoloji cəbhədə və informasiya müharibəsində istərsə də birbaşa hərbi əməliyyatlara rəhbərlik etmək sahəsində qeyri-adi dərəcədə istedad və bacarıq nümayiş etdirmişdir.
Altun Şeydayev
YAP Ağsu rayon təşkilatının Sədr müavini












