Vilayət Quliyev etimadnaməsini Bosniya və Herseqovina liderinə təqdim etdi
Azərbaycanın Bosniya və Herseqovinadakı yeni səfiri Vilayət Quliyev etimadnaməsini bu ölkənin Rəyasət Heyətinin sədri Şefik Caferoviçə təqdim edib.
Redaktor.az-ın məlumatına görə, bunu diplomat özü bildirib.
Qeyd edək ki, Prezident İlham Əliyevin mayın 4-də imzaladığı sərəncam ilə Vilayət Muxtar oğlu Quliyev Azərbaycan Respublikasının Bosniya və Herseqovinada fövqəladə və səlahiyyətli səfiri təyin edilib.












