İlham Əliyev Makronla ermənilərina sərhəddəki təxribatlarından danışdı

 21:19 27.09.2022     382

Sentyabrın 27-də Fransa Respublikasının Prezidenti Emmanuel Makron Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib.

Redaktor.az  xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Fransa Prezidenti sentyabrın 26-da Ermənistanın baş naziri Nikol Paşinyanla keçirdiyi görüş haqqında dövlətimizin başçısına məlumat verib.

Prezident İlham Əliyev məlumata görə təşəkkürünü bildirib. Söhbət zamanı Azərbaycan-Ermənistan sərhədində baş vermiş toqquşmalar haqqında müzakirə aparılıb. Prezidentlər Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının tezliklə başlanması barədə danışıblar.

Vumart və Güvən reklamı Vumart Güvən