“Rusiya üçtərəfli bəyanatın icra edilməsinə tərəfdardır” - Rusiya XİN

 17:59 29.09.2022     372

“Rusiya üçtərəfli bəyanatın bütün müddəalarının icra edilməsinə tərəfdardır”.

Redaktor.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova həftəlik brifinqdə deyib.

O, Azərbaycan, Rusiya və Ermənistan liderlərinin üçtərəfli bəyanatlarının əhəmiyyətini nəzərə çatdırıb.

"Bu bəyanatlarda çox məsələlər nəzərdə tutulub. Bəyanatlarda həm nəzəri, həm də praktiki tərəflər, eləcə də baş verənlərin təsdiqi və gələcək planlar əksini tapıb", - deyə Zaxarova bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən