"Rusiya tezliklə etdiyi bu əməllərə görə hərbi cani kimi cavab verəcək" - Qabil Hüseynli

 12:27 30.09.2022     486

Xəbər verdiyimiz kimi, Rusiya Ukraynanın Xerson və Zaporojye vilayətlərinin “müstəqilliyi” və “suverenliyi”ni tanıyıb. Rusiya Federasiyasının Prezidenti Vladimir Putin bununla bağlı fərman imzalayıb.

Xatırladaq ki, sentyabrın 23-dən 27-nə qədər “Donetsk və Luqansk Xalq Respublikaları”nda, eləcə də Xerson və Zaporojye vilayətinin rusiyalı hərbçilərin nəzarətində olan hissəsində həmin ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı “referendum” keçirilib. Bu gün isə Kremldə yeni ərazilərin Rusiyanın tərkibinə daxil edilməsi ilə bağlı müqavilələrin imzalanması mərasimi keçiriləcək. 

Məsələ ilə bağlı Redaktor.az-a danışan politoloq Qabil Hüseynli bildirdi ki, bu hadisələr heç bir nəticəyə gətirib çıxarmayacaq:

“Bu, kağız üzərində keçirilən əməliyyatdır. Orada hər hansı bir referendum keçirilməyibdir. Dünya da bunu tanımır. Rusiya tezliklə etdiyi bu əməllərə görə hərbi cani kimi cavab verməli olacaq. Və Üçüncü Dünya müharibəsi haqqında söz açmağa kifayət qədər faktlar yoxdur".

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən