“NATO Ukraynanı dərhal alyansa qəbul edə bilməz” - Stoltenberq

 23:31 30.09.2022     339

“Rusiya nüvə silahından istifadə edərsə, fəlakətli nəticələrlə üzləşəcək. Nüvə müharibəsində qalib gəlmək və onu heç vaxt başlamaq olmaz”

Redaktor.az xəbər verir ki, bu sözləri NATO Baş katibi Yens Stoltonberq Ukraynanın Luqansk, Donetsk, Zaporojye və Xerson vilayətlərinin Rusiya tərəfindən ilhaqına münasibət bildirərkən deyib.

Y. Stoltonberq əlavə edib ki, NATO Ukraynanı dərhal alyansa qəbul edə bilməz.

“Bunun üçün iştirakçı ölkələrin kollektiv qərarı lazımdır”, - deyə NATO Baş katibi vurğulayıb.

Vumart və Güvən reklamı Vumart Güvən