Paşinyan Ərdoğanla Praqada görüşü istisna etmir 

 23:59 30.09.2022     356

Ermənistan Baş naziri Nikol Paşinyan Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla Praqada mümkün görüşü istisna etməyib.

Redaktor.az xəbər verir ki, bu barədə o, ölkənin İctimai Televiziyasına müsahibəsində bildirib.

“Həm bizim tərəf, həm də Türkiyə tərəfi mənimlə Ərdoğan arasında görüşü istisna etməyib. Belə bir görüşü istisna etməmək o demək deyil ki, görüş baş tutacaq. Bu, bir sıra hallardan asılıdır. Aİ-nin təşkil etdiyi tədbir var, orada həm Türkiyə, həm də biz dəvət edilmişik. Mən Praqaya getmək qərarına gəldim, sammitdə iştirak etməyə hazırlaşıram və hazırda deyə bilərəm ki, görüş istisna deyil”, - Paşinyan bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən