Ərdoğanla Paşinyanın müzakirə edəcəyi məsələlər AÇIQLANDI

 11:14 04.10.2022     310

Xəbər verdiyimiz kimi, oktyabrın 6-sı Praqada Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla Ermənistanın Baş naziri Nikol Paşinyan arasında görüşün keçirilməsi planlaşdırılır.

Redaktor.az xəbər verir ki, “Sabah” qəzeti görüş zamanı müzakirə edilməsi gözlənilən məsələləri açıqlayıb. 

Məlumata görə, Ərdoğan Paşinyana iki ölkənin xüsusi nümayəndələri arasında görüşlərin üçüncü ölkələrdə deyil, növbəli şəkildə Türkiyə və Ermənistanda keçirilməsi, bölgədə gərginliyin yaşanmaması üçün təxribatlardan uzaq durulması və Azərbaycanla sülh sazişinin imzalanması istiqamətində mesajlar verəcəyi gözlənilir.

Bununla yanaşı, görüş zamanı Zəngəzur dəhlizinin istifadəyə verilməsi məsələsi ətrafında fikir mübadiləsinin aparılacağı da qeyd olunub.

Vumart və Güvən reklamı Vumart Güvən