Azərbaycan və Bolqarıstan strateji tərəfdaşlığın yeni mərhələsində
Sentyabr ayının 30-da Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstana rəsmi səfər etdi. Bu səfər iki ölkə arasında olan dostluq müasibətlərinə öz təhfələrini verəcəkdir.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə təkbətək və geniş tərkibli görüş keçirmişdir. Görüşdən sonra hər iki ölkə Prezidentləri birgə mətbuat konfransı keçirdilər.
Prezident cənab İlham Əliyevin Bolqarıstana rəsmi səfərinin ikiqat rəmzi var. Birincisi ondan ibarətdir ki, bu il Azərbaycan və Bolqarıstan arasındakı diplomatik əlaqələrin 30 ili tamam olur. İkincisi isə Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektorunun açılışı ilə əlaqədardır. Həmin interkonnektor - həm Bolqarıstan, həm də Şərqi Avropa üçün çox mühüm əhəmiyyət kəsb edən bir layihədir. Bu interkonnektor Bolqarıstana ilk dəfə olaraq Azərbaycandan təbii qaz almağa imkan yaradacaq. Həmin layihə öz növbəsində Avropanın enerji xəritəsini dəyişdirəcək. Bu elə bir infrastruktur layihəsidir ki, təkcə Azərbaycan və Bolqarıstan arasında deyil, bütün regionda iqtisadi əməkdaşlığın inkişafına öz təsirini göstərəcək. Bu layihə vasitəsilə Azərbaycan və Bolqarıstan arasındakı strateji tərəfdaşlıq yeni bir mərhələyə qədəm qoyacaq.
“Əlimizdən gələni edirik ki, qaz hasilatını artıraq və tərəfdaşlarımızı təbii qazla təmin edək”: Bunu bunu Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə birgə mətbuat konfransında deyib. Prezident cənab İlham Əliyev qeyd edib ki, Azərbaycan və Bolqarıstan strateji tərəfdaş kimi müzakirə edilən əsas məsələ olan enerji təhlükəsizliyi sahəsində əlavə addımlar atacaq. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevlə söhbət zamanı Bolqarıstana ixrac ediləcək Azərbaycan qazının həcminin artırılmasının müzakirə edildiyini və bu barədə müvafiq göstərişlər verildiyini mətbuat nümayəndələrinin diqqətinə çatdırmışdır.
Enerji təhlükəsizliyi məsələləri bütün dövrlərdə ən aktual və mühüm əhəmiyyət kəsb edən bir məsələ olmuşdur. Amma indiki şəraitdə enerji təhlükəsizliyi məsələsinin əhəmiyyəti daha da artmışdır. Azərbaycan uzun illərdir etibarlı tərəfdaş kimi xam neftini dünya və Avropa bazarlarına ixrac edir. "İndi təbii qazı ixrac edən Azərbaycan bu sahədə də etibarlı tərəfdaş kimi özünü göstərəcəkdir".
Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının sədr müavini












