Deputat həbs edilən icra başçısı ilə bağlı müraciət etdi - FOTO

 09:12 05.10.2022     1008

Milli Məclisin deputatı Fazil Mustafa Polşada həbs edilən Qubadlının keçmiş icra başçısı Elxan Nuriyevlə bağlı müraciət edib.

Redaktor.az-ın xəbərinə görə, F.Mustafa bildirib ki, E.Nuriyevin həbsi narahatlıq yaradıb.

“Vətənpərvər soydaşımız Elxan Nuriyevin Polşada saxlanması haqlı olaraq hamımızda narahatlıq yaradıb. Axtarışa Azərbaycan tərəfindən verilib, 1993-cü ildə baş verən hadisələrlə bağlı ittiham olunduğu maddələr var.

Bu barədə vaxtilə hüquq-mühafizə orqanlarının rəhbərliyi ilə müzakirə də aparmışam. Əminəm ki, onun təqsirsizliyi nə vaxtsa məhkəmədə sübuta yetiriləcək.

Elxan bəy Ukraynada Azərbaycanı təbliğ edən tanınmış simalardan biridir.

Ümid edirəm ki, hüquq-mühafizə orqanlarımız xeyirxahlıq addımı ataraq bu problemin çözülməsinə çalışacaq və Elxan bəy Ukrayna üçün bu ağır günlərdə fədakar çalışmalarına davam edəcək” – deputat qeyd edib.

İLTİFAT

2
Vumart və Güvən reklamı Vumart Güvən