“Azərbaycanın təklif etdiyi 5 bənddə Ermənistan üçün qəbuledilməz heç nə yoxdur” - Ararat Mirzoyan

 17:56 05.10.2022     563

“Azərbaycanın sülh müqaviləsi üzrə təkliflərində Ermənistan üçün qəbuledilməz heç nə yoxdur”.

Redaktor.az “Novosti Armenia”ya istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan oktyabrın 5-də parlamentin iclasında bildirib.

O, Azərbaycan tərəfinin bu ilin martında rəsmi İrəvana təqdim etdiyi 5 maddəlik təkliflər barədə Ermənistan və beynəlxalq ictimaiyyətin məlumatlı olduğunu vurğulayıb.

A.Mirzoyan qeyd edib ki, Bakı və İrəvan arasında normal danışıqlar prosesi davam edəcək.

Vumart və Güvən reklamı Vumart Güvən