Separatçılar həddini aşdı: "Sərhəd" çəkdilər 

 09:52 09.10.2022     163

Gürcüstanın Kareli bələdiyyəsi yaxınlığında separatçı Cənubi Osetiya rejimi Tbilisinin çağırışlarına məhəl qoymayaraq "sərhəd" müəyyənləşdirilməsinə davam edib.

Redaktoŕ.az xəbər verir ki, sakinlərin sözlərinə görə, qeyri-qanuni və qondarma delimitasiya prosesi separatçı "Cənubi Osetiya hökuməti" tərəfindən aparılıb.

Qanunsuz delimitasiya işləri nəticəsində separatçılar tərəfindən zəbt olunmuş ərazidə metal dirəklər və naqillər quraşdırılıb.

"Delimitasiya" prosesinin Cənubi Osetiyadakı rusiyalı "sülhməramlıların" gözü qarşısında baş verdiyi vurğulanıb.

Məlumata görə, faktla əlaqədar artıq “qaynar xətt” fəaliyyətə başlayıb və qanunsuz proseslə bağlı Avropa İttifaqının monitorinq missiyası və Cenevrə müzakirələrinin həmsədrləri məlumatlandırılıb.