XİN-dən Gəncəyə raket hücumu ilə bağlı PAYLAŞIM
Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Ermənistanın Gəncədə törətdiyi müharibə cinayətinin ikinci ildönümü ilə bağlı paylaşım edib.
Redaktor.az-ın məlumatına görə, paylaşımda qeyd olunub ki, bu, Ermənistanın növbəti təcavüzü idi.
“2020-ci il oktyabrın 11-də, atəşkəsdən bir neçə saat sonra Ermənistan Azərbaycanın Gəncə şəhərinin yaşayış məntəqələrini ballistik raketlərdən atəşə tutmuş, 5-i qadın olmaqla 1- mülki vətəndaş həlak olmuşdu. 40 nəfər yaralanmışdı. Bu, 44 günlük müharibə zamanı Gəncəyə edilən 4-cü hücum idi”, - paylaşımda bildirilib.












