MDB-yə sədrlik Qırğızıstana keçdi

 11:30 14.10.2022     204

Müstəqil Dövlətlər Birliyinə (MDB) 2023-cü ildə Qırğız Respublikası sədrlik edəcək.

Redaktor.az xəbər verir ki, bu barədə təşkilatın Dövlət Başçıları Şurasının oktyabrın 14-də Qazaxıstanın paytaxtı Astanada keçirilən iclasında qərar qəbul olunub.

MDB Dövlət Başçıları Şurasının növbəti zirvə toplantısı 2023-cü il oktyabrın 13-də Qırğızıstanın paytaxtı Bişkekdə keçiriləcək.

Xatırladaq ki, MDB-yə hazırda Qazaxıstan sədrlik edir.