Ərdoğan Azərbaycana GƏLƏCƏK
Üç gün sonra Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın təyyarəsi ikinci dəfə azad Qarabağa eniş edəcək.
Redaktor.az xəbər verir ki, bunu Gəncədə səfərdə olan Türkiyənin Azərbaycandakı səfiri Cahit Bağçı deyib.
“Biz bunun həyəcanını yaşayırıq”, - deyə diplomat vurğulayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Zəngilan Hava Limanının açılışında iştirak edəcək.












