Çavuşoğlu Makrona cavab verdi: “Fransa obyektiv ola bilmir”

 15:03 17.10.2022     231

“Təəssüf ki, Fransa obyektiv ola bilmir”.

Redaktor.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının oktyabrın 17-də İstanbulda keçirilən iclasından sonra mətbuat konfransında deyib.

Fransa Prezidenti Emmanuel Makronun Azərbaycan-Ermənistan münasibətləri ilə bağlı dediklərini şərh edən nazir söyləyib: “Biz də Rusiya illə Ukrayna arasında vasitəçiliyimizi davam etdiririk və ədalətli davranırıq. Amma Fransa obyektiv deyil”.

M.Çavuşoğlu bildirib ki, Azərbaycan öz torpaqlarını Ermənistanın işğalından azad edib: “30 il Qarabağ məsələsinin həll edilməməsinin əsas səbəbi ATƏT-in Minsk qrupunun qeyri-obyektivliyi idi”.