"Azərbaycan qarşıya qoyulan məqsədlərinin 90 faizini həll edib" - Etibar Məmmədov

 14:49 18.10.2022     716

Müstəqilliyin Bərpası Günü Azərbaycan tarixində ən mühüm günlərdən biridir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlanan növbədənkənar sessiyası 4 gün müzakirə aparıb. Nəhayət, 1991-ci ilin oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı qəbul edilib. Bu illər ərzində Azərbaycanın əldə etdiyi nailiyyətlər saysız-hesabsızdır.

Mövzu ilə bağlı Redaktor.az-a danışan Azərbaycan Milli İstiqlal Partiyasının qurucusu və ilk sədri, keçmiş deputat Etibar Məmmədov bildirdi ki, müstəqil Azərbaycan 31 ildə böyük nailiyyətlərə imza atıb.

“Azərbaycanın naliyyətləri göz qabağındadır və dünyada iqtisadi, hərbi gücünə görə tanınmış dövlətlərdən birinə çevrilib. Azərbaycan qarşıya qoyulan məqsədlərinin 90 faizini həll edib. Qalanı da zaman məsələsidir", - deyə o, qeyd etdi.

Həmidə İbrahimova

Vumart və Güvən reklamı Vumart Güvən