Qənirə Paşayeva Daşkənddə Şuşadan danışdı - FOTO

 19:50 18.10.2022     407

Azərbaycan Respublikası Milli Məclisinin Mədəniyyət Komitəsinin sədri Qənirə Paşayeva qardaş Özbəkistanın paytaxtı Daşkənd şəhərində 17 oktyabrda başlamış “Özbəkistanda Azərbaycan mədəniyyəti və ədəbiyyatı günləri” çərçivəsində, özbək aydınları, araşdırmaçı-yazarları və ictimai fəalları ilə görüşüb, fikir mübadiləsi aparıb, onlara Mədəniyyət paytaxtımız Şuşadan danışıb.

Redaktor.az komitə sədri Şuşanı yalnız Azərbaycanın deyil, Türk-İslam dünyasının mədəniyyət paytaxtı kimi xarakterizə edib, ötən ildən Azərbaycanın rəsmən Mədəniyyət paytaxtı styatusunu qazanmış şəhərin 2023-cü ildə Türk dünyasının, gözlənidliyi kimi, 2024-cü ildə isə İslam dünyasının mədəniyyət paytaxtı olacağını bildirib.

O, tədbir iştirakçılarının çoxunun hələ Şuşada olmamasına baxmayaraq, hər bir özbək aydının da Şuşanı özü üçün doğma şəhər bildiyinə inamını ifadə edib: “Biz ürəkdən inanırıq ki, sizlər azad Şuşanın çox sevəcək, Şuşaya vurulacaq, oraa səfər edəcək və orada özünüzü qonaq kimi hiss etməyəcəksiz”.

Sözünə davam edən Q.Paşayeva qeyd edib ki, “Şuşa özünəməxsus tarixə, mədəni irsə malik şəhərdir. Şuşa qərinələr boyu Azərbaycan və Türk-İslam musiqisi üçün önəmli isimlər yetişdirib, mədəniyyət beşiyi olub. Ümumtürk mədəniyyətinə önəmli töhfələr verən neçə-neçə dahi şəxsiyyət Şuşada doğulub, boya-başa çatıb.

Çox təəssüflər ki, Şuşa işğal altında olduğu 28 il içində Ermənistan orada Azərbaycan, Türk-islam izlərini, mədəni irsimizi silmək üçün çalışıb. Dağlar incisinin ərazisində yerləşən bir çox mədəniyyət və tarixi abidəni məhv edən, özgələşdirən ermənilər vandallıq edib və dünya buna göz yumub.

Şuşanın uzun illər işğalda qalmasını sadəcə Azərbaycanın deyil, bütün Türk-İslam dünyasının ortaq itkilərini göstərir.

Biz indi Şuşanı yenidən qurur, vandalizm izlərini silir, şəhərin yaralarını sarıyırıq. Şuşa artıq beynəlxalq tədbirlərin, konfrans və simpoziumların, mədəniyyət tədbirlərinin sıx-sıx keçirildiyi ünvana çevrilib. “Xarıbülbül” musiqi festivalı, “Vaqif Poeziya Günləri” və b. bu qəbildəndir.

Sizlərin timsalında Şuşanı, Qarabağı, Azərbaycanı heç vaxt unutmamış özbək qardaş-bacılarımıza bir daha təşəkkürlərimizi yetiririk. Var olun”!

Q.Paşayeva özbək aydınları, araşdırmaçı-yazarları və ictimai fəallarının duyğu və düşüncələri ilə tanış olub.

Müzakirələrdə Komitə sədrinin rəhbərliyi ilə Bakıdan gedən nümayəndə heyəti də iştirak edib.

22222