Rəsmi Ankaradan ATƏT-in Ermənistanla sərhədə missiya göndərməsinə REAKSİYA

"ATƏT obyektiv deyil. Ermənistanı dəstəkləyirlər. Ona görə də 30 il problemin həllinə nail ola bilmədi".
Redaktor.az yerli mediaya xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.
Nazir bildirib ki, Qarabağ propleminin həlli ATƏT-in Minsk Qrupunun səylərinin nəticəsi deyildi:
“Azərbaycan öz işini özü gördü. ATƏT sərhəddə müşahidəçi göndərərkən Azərbaycanın fikirlərini də öyrənməli idi. Amma bunu etmədi”, - deyə Çavuşoğlu vurğulayıb.
Həmidə İbrahimova