“ATƏT-in Ermənistana missiya göndərməsinin heç bir əsası yoxdur" - Azay Quliyev

 12:54 21.10.2022     460

“ATƏT-in qeyri-qanuni olaraq Ermənistana qiymətləndirmə missiyası göndərməsinin heç bir əsası yoxdur. Çünki bu məsələ nə müzakirə olunub, nə də bununla bağlı kollektiv qərar olub”.

Redaktor.az xəbər verir ki, bu fikirləri Milli Məclisin deputatı Azay Quliyev parlamentin bu gün keçirilən plenar iclasında deyib.

Onun sözlərinə görə, bu addım bəzi qüvvələrin şəxsi mənafeyinə xidmət edən haldan başqa bir şey deyil.

“Bu addımın heç bir siyasi təsiri olmayacaq. ATƏT-in Minsk qrupunun bu addımı heç bir halda təşkilatın təməl prinsiplərinə uyğun deyil. Bu çox ölkələr də bu missiyanın əhəmiyyətinin olmadığını qeyd edəcəklər”, - deyə A.Quliyev bildirib.

Vumart və Güvən reklamı Vumart Güvən