"Arazı velosipedlə də keçmək olar" - Siyavuş Novruzovdan İrana SƏRT CAVAB - VİDEO

 16:03 21.10.2022     575

İran İslam ordusu Araz çayı 5 metrlik sahilində təlim keçirir. İranın o boyda ərazisi var, get Hind Okeanının sahilində təlim keçir. Gətirib, Arazın sahilində belə təlimin keçirilməsinə nə ehtiyac var?" 

Redaktor.az xəbər verir ki, bu sözləri Milli Məclisin bu gün baş tutan iclasında deputat Siyavuş Novruzov deyib. 

"Orada körpü salıb tank keçirməyə, texnika nümayiş etdirməyə nə ehtiyac var? Araz çayını velosipedlə də keçmək olar. Ona görə də, bu artistliyin heç bir yeri yoxdur"- , deputat bildirib.

Onun sözlərinə görə, bu addımlarla İran heç kimə hədə-qorxu gələ bilməz:

“30 il Azərbaycanın İslam dəyəri təhqir olunanda niyə İran hərəkətə gəlmirdi? Əgər imam Mehdinin adından istifadə edirlərsə, Mehdi gələndə ədaləti bərpa etmək üçün gərək birinci İrandan başlasın. Ona görə də Türkiyə və Azərbaycan rəhbərliyinin Zəngilanda görüşməsi qardaşlığımızın, tək olmadığımızın növbəti sübutu oldu".

Azərbaycandaislam dəyərləri ın işğal altında olan ərazilərində 65 məscid, qəbiristanlıqlar və digər dini obyektlər təhqir olunanda harada idilər?" - deyə millət vəkili çıxışında qeyd edib.

İLTİFAT