"Ermənistan Təbrizdə baş konsulluğu açacaq" - Ararat Mirzoyan

“Ermənistan tərəfinin Təbrizdə baş konsulluq açmaq niyyətini bir daha təsdiqləmək istərdim. İran İslam Respublikası həmişə Ermənistanın əsas tərəfdaşı olub və olacaq”.
Redaktor.az “aysor.am”a istinadən xəbər verir ki, Ararat Mirzoyan bu barədə Qafanda İran Baş Konsulluğunun açılış mərasimində bildirib.
Qeyd edək ki oktyabrın 21-də Qafan şəhərində İranın Baş Konsulluğunu açılışı olub.
Açılış mərasimində iştirak edən İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian çıxışında bildirib ki, İslam Respublikası Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir.
İLTİFAT