“YAP-ın təklifi nəzərə alınmayıb” - Tahir Budaqov

Partiya insanları əqidəyə görə qəbul edir. Hesab edirəm ki, layihədə bununla bağlı maddəyə yenidən baxılmalıdır.
Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə bu gün keçirilən “Siyasi partiyalar haqqında” yeni hazırlanan qanun layihəsinin müzakirəsində çıxış edən Yeni Azərbaycan Partiyasının (YAP) Mərkəzi Aparatının rəhbəri Tahir Budaqov deyib.
"Torpaqla bağlı məhdudiyyətin götürülməsini YAP təklif etmişdi, amma bu təklifimiz nəzərə alınmayıb. Bu məsələyə də dəqiqlik gətirilsin. Kommersiya məqsədli torpağı əkib-becərmək üçün mülkiyyətə verilməməsi ilə razıyam, amma inzibati binalarının tikilməsi üçün torpaqların partiya mülkiyyətinə verilməsinə məhdudiyyət qoyulması məntiqə uyğun deyil", - deyə T.Budaqov vurğulayıb.