“Elə adam var ki, 5 partiyanın üzvüdür” - Deputat

 12:45 24.10.2022     104

“Partiyaların nə qədər üzvünün olduğunu bu qanundan sonra görəcəyik”.

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisdə “Siyasi partiyalar haqqında” yeni qanun layihəsinə dair keçirilən dinləmdə Azərbaycan Demokratik Maarifçilik Partiyasının sədri, deputat Elşən Musayev bildirib.

“Bunu nəyə görə deyirəm. Bəzi adamlar var ki, cibində bir neçə partiyanın vəsiqəsi var.  Eyni anda 5 partiyanın üzvüdür. Elə adam var ki, bütün partiyaların tədbirində iştirak edir. Həmin adamları YAP-ın tədbirində, həm də Müsavatın tədbrində görürük. Bu qanun həmin şəxsləri ortaya çıxaracaq”, - deputat vurğulayıb.