Güney Azərbaycanda ümumxalq mitinqi elan edildi - VİDEO

 19:35 24.10.2022     431

Güney Azərbaycanın milli fəalları narazı vətəndaşlara etiraz aksiyalarına qoşulmaqla bağlı çağırış ediblər. 

Redaktor.az Günaz.tv-yə istinadla xəbər verir ki, nümayiş çərşənbə günü - 26 oktyabr axşam saatlarına təyin olunub.

Aksiyaçıların bir neçə şəhərdə payladıqları çağırış vərəqələrində Azərbaycan dilində “Azərbaycan qızları, azadlıq ulduzları”, “Azərbaycan diyarımız, demokratiya şüarımız”, “Biz ölməyə hazırıq, Babəkin sərbazıyıq”, “Azadlıq, Ədalət, Milli hökumət!” kimi şüarların səsləndirilməsi təklif edilib.

Aksiyaçılar Azərbaycan şəhərlərinin əsas küçə və meydanlarında toplaşmağı planlaşdırıblar. 

2222
Vumart və Güvən reklamı Vumart Güvən