Prezidentin Gürcüstan səfəri BAŞA ÇATDI

 20:07 24.10.2022     174

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Gürcüstana işgüzar səfəri oktyabrın 24-də başa çatıb.

Redaktor.az xəbər verir ki, Azərbaycanın və Gürcüstanın Dövlət bayraqlarının dalğalandığı Tbilisi şəhərinin Şota Rustaveli Beynəlxalq Hava Limanında dövlətimizin başçısının şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Azərbaycan Prezidenti İlham Əliyevi Gürcüstanın Baş naziri İrakli Qaribaşvili yola salıb.

2