"Vətən müharibəsindən sonra Azərbaycanla münasibətləri yeni səviyyəyə qaldırdıq" - Ərdoğan

 20:45 24.10.2022     154

"Vətən müharibəsindən sonra biz Azərbaycanla münasibətlərimizi yeni səviyyəyə qaldırdıq".

Redaktor.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində deyib.

Ötən həftə Zəngilan hava limanının açılışında iştirakını xatırladan Türkiyə lideri bildirib:

"Biz Suşa bəyannaməsini sürətlə keçərək yeni dövrü formalaşdırdıq. Minaların təmizlənməsini sürətləndirmək üçün addım atdıq".