İrandakı soydaşlarımızın arzusu: “Güney Azərbaycanın Prezidenti” - VİDEO
Etirazların səngimədiyi Güney Azərbaycanda daha bir aksiya sosial şəbəkələrdə maraqla qarşılanıb.
Redaktor.az xəbər verir ki, bu barədə “Azad İran” “Telegram” kanalnın payşadığı videoda bildirilir.
Görüntülərdə İran rejiminin ölkədə yaşayan millətlərə qarşı ayrı-seçkilik və şovinist siyasətindən, zülmündən cana doyan soydaşlarımız Azərbaycan Prezidenti İlham Əliyevin əski əlifba ilə "Güney Azərbaycanın Prezidenti" yazılan şəklini divara vururlar.
Həmin şəklin altında olan İran rəhbəri Xameneyinin şəklini isə yerə ataraq tapdalayıblar.
İLTİFAT












