Ermənilər işğal etdikləri ərazilərimizi dağıdıblar

 20:41 25.10.2022     151

İşğal altında olan torpaqlarımızda qanunsuz məskunlaşdırılan ermənilər sayca az olsalarda, öz havadarlarının himayəsi altında “Böyük  Ermənistan” kimi süni xülyalardan ruhlanaraq xalqımıza qarşı qanlı soyqırımlar törətmişlər.

Faşist ideologiyasına malik olan ermənilər təkcə soydaşlarımızın deyil, tarixi, mədəni, dini irsimizin də qəniminə çevrilmişdir. Yüzlərlə yaşayış məntəqəsi dağıdılmış, minlərlə günahsız soydaşımız vəhşicəsinə qətlə yetirilmişdir. Ermənistanın uzun illər işğal altında saxladığı Azərbaycan torpaqlarının təbiətinə qarşı düşmən münasibəti bəsləmişdir. Ermənilər işğal altında olan ərazilərdə əsl vandalizm həyata keçirirdi. Ermənistan hakimiyyəti əzəli ata-baba torpaqlarımızı işğal altında saxladığı 30 il ərzində təkcə yaşayış məntəqələrini deyil, məzarlıqları da dağıdıb viran qoyublar. . Vəhşiliyin, nifrətin və vandalizmin tam mənzərəsi isə həmin ərazilərin işğaldan azad edilməsindən sonra bizə, eləcə də dünyaya bütün çılpaqlığı ilə  aydın oldu. Məlumdur ki, bu dağıntılar müharibə zamanı törədilə bilməzdi. İşğalçı ermənilər bu vəhşilikləri 30 illik işğal dövründə törətmişdilər.
Qarabağda hazırda görülən bərpa işlərinin həcmi, insanların bu bənzərsiz diyarı yenidən dirçəltmək və onu dünyanın ən gözəl məkanlarından birinə çevirmək arzusu o qədər böyükdür ki, bunları müşahidə edən hər kəsdə dərin məmnunluq hissi yaranır. 
Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir. Ən azı ona görə ki, nəqliyyat-logistika imkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Bu limanlar gələcəkdə yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açacaq, həm yerli, həm də xarici turistlərin regiona gəlişini asanlaşdıracaq, bölgədə turizmin inkişafına böyük təkan verəcək. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək.

Bu gün ölkəmizin həyata keçirdiyi hər bir layihə dünyada xüsusi maraqla qarşılanır. Çünki son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, nəzərdə tutulan bütün planlar icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran da bu amillərdir. 

Azərbaycan bölgədə yeni reallıqlar yaradır. Azərbaycanın Lideri Qarabağı nəinki regionun, bütün dünyanaın müasir, əsrarəngiz və təhlükəsiz bölgəsinə çevirməkdə qərarlıdır. Azərbaycan Prezidenti İlham Əliyev fəaliyyəti dövründə qarşıya qoyduğu bütün hədəflərə uğurla çatıb və ölkəsini daim zirvələrə qaldırıb. Odur ki, Qarabağın tezliklə cənnət-məkana çevriləcəyinə heç kimin zərrə qədər də şübhəsi yoxdur. 

Altun Şeydayev,
YAP Ağsu rayon təşkilatının Sədr müavini