Akardan xəbərdarlıq: Ermənistan təxribatlardan əl çəkməlidir

 21:09 25.10.2022     201

Azərbaycanla Türkiyə arasında dostluq və qardaşlıq “bir millət, iki dövlət” anlayışı ilə ən yüksək səviyyədə davam edir.

Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə milli müdafiə naziri Hulusi Akar azərbaycanlı həmkarı Zakir Həsənovla görüşü zamanı bildirib.

“Ermənistanın təxribatlarından əl çəkməsi, diqqəti sülh danışıqlarına və Azərbaycanla barışıq çərçivəsində əməkdaşlığa yönəltməsi, sülh əlini tutması zəruridir. Türkiyə bu günə qədər olduğu kimi bundan sonra da azərbaycanlı qardaşları ilə bir yumruq olacaq”, - deyə nazir vurğulayıb.