"Şimaldan və cənubdan təzyiqləri hər zaman görəcəyik" - Kərəm Məmmədov

Xəbər verdiyimiz kimi, Rusiyanın kütləvi informasiya vasitlərində Azərbaycana qarşı təxribatlar davam edir. Belə ki, ölkənin birinci kanalının ardınca "Rossiya 24" kanalı da məkrli mövqe ilə çıxış edib. Bəs, Rusiyanın Azərbaycana qarşı təxribatlar törətməkdə məqsədi nədir?
Mövzu ilə bağlı Redaktor.az-a danışan geosiyasət və konfliktologiya üzrə fəlsəfə doktoru Kərəm Məmmədov bildirdi ki, Rusiya kanallarında mütəmadi olaraq ermənipərəst politoloqların və jurnalistlərin fəaliyyətini tez-tez görmək olur.
"Onların indi də belə verlişlərdəki Azərbaycan əleyhinə çıxışlar etməkdə əsas məqsədləri regionda Rusiyanın nisbətən təsir dairəsi azaldıqca istər-istəməz Azərbaycana təzyiq göstərmək və o ictimai fikri Azərybaycanın əleyhinə yönəltmək üçün planlı düşünülmüş şəkildə atılan addımlardır. Biz bunu daim görürük və eşidirik. Bölgədə regional münasibətlərə təsir edən ən böyük məsələ təbii ki, Ermənistan-Azərbaycan münasibətləridir. Bu münasibətləri tənzimləməyə doğru addımlar atılanda növbəti bir təxribat planları işə düşür, birbaşa Azərbaycan dövlətinə bizə qarşı təzyiq vasitəsi kimi bu planları işləyir və hər zaman da bundan istifadə edirlər. Əsas məqsəd həm Azərbaycana dövlət kimi, həm də ictimai şüura, fikrə təsir göstərmək üçün atdıqları addımdır. Həm şimaldan, həm də cənubdan bizə hər zaman təzyiqlər olub və olacaq. Bundan qıcıqlanmağa dəyməz. Çünki bunu biz daim görmüşük və hər zaman da görəcəyik", - deyə konfliktoloq bildirdi.
Həmidə İbrahimova