"Rəsmi orqanlar illər uzunu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib" - Sabir Rüstəmxanlı

 12:49 26.10.2022     484

"Rəsmi orqanlar illər uzunu Güney Azərbaycan üçün kadr hazırlığını əldən verib"

Redaktor.az xəbər verir ki, bunu Milli Məclisin deputatı, Xalq şairi Sabir Rüstəmxanlı Azərbaycan Yazıçılar Birliyinin XIII qurultayında çıxışı zamanı deyib.

Onun sözlərinə görə, indiyədək bir nəfər də olsun, güneydən gələn gəncimiz dövlət hesabına təhsil almayıb.

"Müxtəlif yerlərdən gələnlər oxuyublar. İdeoloji işimizə başçılıq edənlərin sovet təfəkküründən qopa bilməməsi bəzən Güneylə bağlı siyasətimizin düzgün qurulmasına mane olub. Şükür ki, Qarabağ zəfəri və bölgədə gedən proseslər türk birliyi yolunun nicat yolu olmasını sübut edir. Danışılmalı problemlər çoxdur.",- deyə millət vəkili əlavə edib.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən