"İlin sonuna qədər Azərbaycanla sülh sazişi imzalamaq istəyirik" - Paşinyan

 17:36 26.10.2022     463

"Ermənistan Azərbaycanla 2022-ci ilin sonuna kimi sülh sazişi imzalamaq niyyətindədir".

Redaktor.az TASS-a istinadən xəbər verir ki, bunu parlamentdə hökumət saatında Ermənistanın baş naziri Nikol Paşinyan deyib.

"Düzünü desəm, mən sülh sazişininin bu ilin sonuna qədər imzalanmasını istəyirəm. Bu nə dərəcədə realdır? Bu suala belə cavab verəcəyəm: hökumət və mən bunun reallaşması üçün hər şeyi edəcəyik",- o əlavə edib.

Tunar Altunbay

 

Vumart və Güvən reklamı Vumart Güvən