İlham Əliyev Rusiya Baş nazirinin müavinini qəbul etdi - YENİLƏNİB

 13:27 27.10.2022     552

Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiyanın Baş nazirinin müavini Aleksey Overçuk Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələləri müzakirə ediblər.

Redaktor.az xəbər verir ki, müzakirələr oktyabrın 27-də A.Overçuk Prezident İlham Əliyevin qəbulunda olarkən aparılıb.

Belə ki, söhbət zamanı 10 noyabr Bəyanatının icrası ilə bağlı bölgədə nəqliyyat və iqtisadi əlaqələrin bərpası məqsədilə yaradılmış Azərbaycan, Rusiya və Ermənistan üçtərəfli işçi qrupunun fəaliyyəti üzrə məsələlər müzakirə olunub.

***

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 27-də Rusiya Federasiyasının Baş nazirinin müavini Aleksey Overçuku qəbul edib.

Redaktor.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.

Vumart və Güvən reklamı Vumart Güvən